Hade illər sonra - FOTO + VİDEO

Hazırda oxunan: Hade illər sonra - FOTO + VİDEO

128703
“El Clone”x9d serialının Hade obrazını bir çoxları xatırlayır. Covanna Antonelli Prado aktrisalıqla yanaşı model, aparıcı və prodüsser kimi də fəaliyyət göstərir.

Covanna Antonelli Prado 1976-cı il 18 mart tarixində Brazilyanın Rio-De-Janeyro şəhərində dünyaya gəlib. Atası müğənni, anası balerina olan Covanna sənətə uşaq yaşlarından başlayıb. 1992-ci ildə aktrisa Brazilyanın məşhur televiziya proqramı “Qərar sizindir”x9d (Você Decide)də kiçik bir epizodda rol alıb. 1994-cü ildə isə “Tropicaliente”x9d teleserialına çəkilib. Karyerasına elə həmin serialda başlayan aktrisa Brazilyanın bir çox məşhur seriallarında rol alıb.

2001-ci ildə isə “El Clone”x9d serialında Hade obrazı ilə daha da məşhurlaşıb. Hazırda aktrisa kimi fəaliyyətini davam etdirən Covanna bir çox brendlərin, kosmetik vasitələrin siması olub.

Aktrisa iki dəfə rəsmi nikahda olub. Covanna ilk nikahı məktəb illərindən tanıdığı biznesmen kimi fəaliyyət göstərən Rikardo Medinu ilə olub. Cütlük 4 il bir yerdə yaşadıqdan sonra 2001-ci ildə qarşılıqlı razılaşma əsnasında ayrılıblar. Bundan sonra Covanna “El Clone”x9d serialında tərəf müqabili olan (Lukas) aktyor Murilu Benisio ilə görüşməyə başlayıb. Cütlüyün 2005-ci ildə Petro adlı oğulları dünyaya gəldikdən sonra gözlənilmədən ayrılırlar. 2007-ci ildə aktrisa Roberto Lokastsio adlı amerikalı biznesmenlə nikaha daxil olur. Aktrisanın bu nikahı da uzunömürlü olmur. Covannanın ABŞ-a ərinin yanına köçməsi keçmiş sevgilisi Murilunun etirazına səbəb olub. O oğlunu görə bilmədiyini əsas gətirərək məhkməyə müraciət edir. Başı keçmiş sevgilisi ilə məhkəmə işlərinə qarışan aktrisa 4 aydan sonra Robertodan ayrılır.

2009-cu ildə Covanna rejissor Leonardo Noqeyra ilə tanış olur. Çəkiliş meydançasında tanış olan cütlüyün 2010-cu ildə əkiz qızları dünyaya gəlir. Hazırda bir yerdə yaşayan cütlük hələ də rəsmi nikaha daxil olmayıblar.(baku.ws)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin