Moderator.azxa0xəbər verir ki, bunu musavat.com-a müsahibəsində Azərbaycanlı müğənni Sevda Sanalıyeva bildirib.
S.Sanalıyevanın sözlərinə görə, evlilik xəbərlərinin mediadan gizlədilməsinin əsas səbəbi bu imiş:
"Hansı xanım öz toy xəbərini gizlətmək istəyər? Ərə getdiyimi açıq ürək ilə, qışqıra-qışqıra insanlara çatdırmaq istəyirdim. Gizlətməyimin səbəbi göz-nəzərdən qorxmaq deyildi. Həyat yoldaşımın ailəsi ilə problemlər var idi, biz də öz aramızda toy etmək istədik. Yoldaşım dedi ki, ailəsi evliliyimizi qəbul etdikdən sonra ictimaiyyətə bildirərik. Mən çox istəyərdim ki, 35 nəfərlik deyil, 250 nəfərlik toy olsun. Onun ailəsi gəlməyəndən sonra mənim nəslimi ora yığmağım mənasız idi. Həyat yoldaşıma hörmət məqsədi ilə gizlətdim. Amma hələ də ailəsi məni qəbul etmir. Övladımın bir yaşı tamam oldu, amma hələ görməyiblər. Oğlumun atası-anası var, nənə və babası bizik".

































































































