Dünyanın bir çox ölkələrində sənət adamları müəyyən yaşdan sonra sənətdən uzaqlaşaraq, fərqli peşələrlə məşğul olurlar. Onlardan bəziləri dövlət qurumlarında vəzifə sahibi olur, bəziləri biznes qurur, bəziləri isə həmişəlik şou aləmindən uzaqlaşırlar.
Azərbaycanda isə sənətdən uzaqlaşanlar, əsasən, ailə quran qadın tanınmışlardır. Müğənni Aynur Dadaşova, Rahidə Baxış, “Eurovision”x9d müsabiqəsində ölkəmizi təmsil edən müğənni Aysel Teymurzadə, Safura Əlizadə və başqaları bu siyahıya aiddir.
Musavat.com yerli tanınmışlar arasında sorğu keçirib və onlardan səhnədən uzaqlaşsalar, hansı peşə ilə məşğul olmaq istədiklərin soruşub.
Meyxanaçı Namiq Qaraçuxurlu şou-biznesdə biznesin qalmadığını bildirib: “Şou var, biznes artıq yoxdur. Mən sənətə puldan ötrü gəlməmişəm, yaradıcılığımı davam etdirəcəyəm. Ətrafımda ticarətçilər çoxdur. Onlara həsəd aparıram, bildiklərini öyrənmək istəyirəm. Əvvəllər daim sənətimlə məşğul olub, konsertlər, mahnılar haqqında düşünmüşəm. Biznesin bir neçə sahəsi ilə məşğul olmaq istəyirəm. İllər öncə ayaqqabı biznesinə qoşuldum. O ayaqqabılar hazırda böyük ticarət mərkəzlərində satılır. Dollarla işlədiyimiz üçün devalvasiya bizə də təsir etdi. Anbarda olan malları satıb, ayaqqabıların pulunu ödəyəcəyik. Onu da qeyd edim ki, qiymətləri qaldırmamışıq. Anbardakı malımız bitəndən sonra ayaqqabı biznesini davam etdirib-etdirməyəcəyimi biləcəyəm”x9d.
Müğənni Günay İbrahimli də biznes qurmaq istəyən məşhurlar siyahısındadır: “Hər kəs kimi mən də vəzifədə olmaq istəyərəm. Kim istəməz ki? Uşaqlıqdan isə bir arzum var, onu həyata keçirmək istəyirəm. Hazırda maddi durumum buna imkan vermir. Nə işlə məşğul olacağımı açıqlamaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, arzum bizneslə bağlıdır”x9d.
Müğənni Nadir Qafarzadə isə müğənnilikdən başqa peşə ilə məşğul olmaq istəmir: “Müəyyən yaşdan sonra ola bilər ki, qazancım azalsın. İki oğul böyüdürəm, onlara gözəl təhsil vermişəm. Mən yaşlanan zaman da onlar məni saxlayacaq. Amma istəyirəm ki, Allah məni övladlarıma möhtac etməsin, həyat yoldaşımla əl-ələ verib yaşayaq. Qara günümə, qocalığıma pul yığıram. Rəhmətlik anam deyirdi ki, 3 manat qazananda ikisini saxla, qarınla səni heç kim tanımayacaq. Sabah başqa kişiyə möhtac olmaq istəmirəm”x9d.
Sevil və Sevinc bacıları isə ailə qurduqdan sonra bizneslə məşğul olmaq istədiklərini bildiriblər: “Bizneslə məşğul olmaq istəyirik. Təbii ki, hər kəs biznes-ledi olmaq istəyir. Amma bu ad çox böyükdür. İndi kiçik butiki də olan özünü biznesmen adlandırır. Bizim böyük işlər görmək fikrimiz yoxdur. Balaca mağaza açıb işlətmək istəyirik. Ərə gedəndən sonra vaxtımızı daha çox ailəmizə sərf edəcəyik”x9d.
Qeyd edək ki, bizneslə məşğul olan məşhurlar da az deyil. Röya Ayxanın "First Fashion Lab" adlı moda evi var. Şoumen Murad Dadaşov isə şirniyyat mağazasının sahibidir. Xuraman Şuşalı, Xatirə İslam, Tünzalə Əliyeva, Fatimə Fətəliyeva xına mərasimlərinin təşkili ilə məşğul olurlar. İradə İbrahimovanın vizajist bacısı Nigar İbrahimova, Rəqsanə İsmayılova, Yaşar Cəlilov gözəllik salonu işlədirlər.































































































