“Həyat yoldaşım övladlığa uşaq götürməyə qoymadı”x9d - Nadir Qafarzadə

Hazırda oxunan: “Həyat yoldaşım övladlığa uşaq götürməyə qoymadı”x9d - Nadir Qafarzadə

125945
Dünyanın məşhur simalarının övladlığa uşaq götürməsi adi hala çevrilib. Onlar bu addımı ilə həm insanlara örnək olur, həm də kimsəsiz uşağı ailə sahibi edirlər. Siyahının başında Ancelina Coli ilə Bred Pitt dayanır. 6 uşaq sahibi olan cütlüyün üç uşağı - oğulları Madoks, Paks və qızları Zahara övladlıqdır. Sandra Bullok, Şeron Stoun, Madonna, Ketrin Heyql,  Nikol Kidman və Tom Kruz bu siyahıya aiddir. 

Qız övladı həsrətində olan müğənni Brilliant Dadaşova da açıqlamasında rəsmi olaraq adına keçirməsə də, qız uşağı saxladığını bildirmişdi: “O, bizim qızımız idi, mənə “mama”x9d deyirdi. Onu “mənəvi qızım”x9d adlandırırdım. 1 il saxladım, Bakıda oxutdum. İstəyirdim ki, yanımızda qalsın. Valideynləri razı olmadı, apardılar. Bacı-qardaşına baxacaq”x9d.

Aydan adlı qızı olan müğənni Roza Zərgərli də övladlığa uşaq götürənlərdəndir. O, saxladığı qızı artıq evləndirib. Övladlığa götürdüyü Corc Qafarov isə hazırda aktyorluq edir. Müğənninin Corcun qardaşını da himayəyə götürdüyü deyilir. 

Musavat.com yerli məşhurlar arasında sorğu keçirib və onlardan övladlığa uşaq götürmək arzuları olub-olmadığını soruşub. 

Şoumen Murad Dadaşov övladlığa qız uşağı götürmək istədiyini bildirib: “Uşaqlıqdan bəri arzum var idi ki, qızım olsun. Ömür boyu qız arzusu ilə yaşamışam, 3 oğlum var. Allah olmayan insanlara qismət etsin. Övladlığa uşaq götürmək məsuliyyətli, insani addımdır. Uşaq tək maddi cəhətdən dəstəklənərək böyümür. Öz övladlarıma sənətimlə əlaqədar kifayət qədər diqqət göstərə bilmirəm. Boynuma alıram ki, bu, mənim mənfi cəhətimdir. Övladlığa uşaq götürmək mənim üçün dəhşətli problem, mümkün olmayan məsələ deyil. Uşaqlarım böyüyüb hərəsi bir yana gedəcək. Mənim mənəvi və maddi imkanlarım çatsa, sevə-sevə övladlığa qız uşağı götürərəm. Övladlarım arasında diqqət və sevgini düzgün bölsəm, onlar bu addımıma qarşı çıxmazlar. Öz və ya övladlıq uşağa az qayğı göstərmək onlar arasında inciklik yaradar. Övladlar arasında fərq qoymaq olmaz”x9d.

Müğənni Röya Ayxan ana olmamışdan öncə övladlığa uşaq götürmək istəyi olduğunu vurğulayıb: “Ailə qurmadan öncə elə bilirdim ki, heç vaxt uşağım olmayacaq. Düşünürdüm ki, gələcəkdə bir körpə götürüb, saxlaya bilərəm. Amma sonra Allah mənə Hüseynimi verdi və məni övladına çox bağlı bir ana etdi. Ümumiyyətlə, uşaq götürüb saxlamaq böyük savabdır və mən bu addımı çox yüksək qiymətləndirirəm".

Müğənni Nadir Qafarzadə isə bildirib ki, övladlığa uşaq götürmək istəsə də, həyat yoldaşı razı olmayıb: “Mən həyat yoldaşıma övladlığa uşaq götürməyi təklif etdim. Hətta gözüm balaca qız uşağını da tutmuşdu. Amma həyat yoldaşım qəbul etmədi. Dedi ki, 18 və 20 yaşlı oğlumuz var, bu uşağın onların doğması olmadığını biləcəklər. Bu ürəklərində ləkə kimi qalacaq. Həyat yoldaşım indi də razılıq versə, sevə-sevə qız uşağı götürərəm. Uşaqlarımızla aramızda pərdə olduğu üçün bu haqda onlarla danışmamışıq. Uşaqlarım bu istəyimizi qəbul etsə də, ürəklərində narahat olacaqlar”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin