"Bakıda dar şalvar geyinənlərə heç kim baxmır..." -Türkiyəli aparıcı

Hazırda oxunan: "Bakıda dar şalvar geyinənlərə heç kim baxmır..." -Türkiyəli aparıcı

125878
Türkiyənin tanınmış aparıcısı Müge Anlı “Sevgi izi”x9d layihəsi çərçivəsində Azərbaycanda qonaq olub.xa0

Bu barədə M.Anlı aparıcısı olduğu “Müge Anlı ilə Tatlı sert”x9d verilişində Bakı ilə bağlı təəssüratlarını bölüşüb:

“Çox hörmətli bacılarımız, qardaşlarımız hər kəsə Azərbaycana getməyi məsləhət görürəm. Çox kübardırlar. Çox etibarlı bir şəhərdir. Gecənin istənilən vaxtı qadın kişi fərq etməz, küçədə gəzə bilərsən. Heç kim sənə baxmır: “bu nə geyimdir, dar şalvar nədir?”x9d deyən də yoxdur . Təmiz bir şəhərdir üstəlik. Küçəyə zibil atmırlar. Küçədə uşaqlar itlə, pişiklə gəzmirlər. Gözəl sahillər, parklar var. Heyran qaldım. Çox gözəl qarşılandıq, yola salındıq. Dilimiz də eynidir, heç özümüzü yad bir yerdə hiss etmədik".

Türkiyəli aparıcı M.Anlı Abşeron rayonu İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ilə də görüşüb. Təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkili Qənirə Paşayeva, modelyer Fəxriyyə Xələfova da iştirak edib.(big.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin