Xalq artisti Aygün Kazımova haqqında yazılan şayiələrdən bezib. 106.3-də Kazım Sübhanın verilişində Xalq artisti bu yaxınlarda ona qarşı hazırlanan təxribatı açıb və düşmələrinin arzusunu ürəyində qoyub:
"Bir neçə illər əvvəl konsertimdən sonra mətbuat konfransı keçirildi. Konfransda jurnal şəklində toplanmış çılpaq qadın fotolarını qarşıma qoydular. Vərəqlədikcə gördüm ki, bədən mənim deyil, amma başımı montajla o fotolara birləşdiriblər. Baxdım çırpaq fotolara və dedim ki, bu mən deyiləm. Təəssüf ki, mən deyiləm. Çünki çox gözəl bədən quruluşlu xanımlar idilər. Daha sonra isə guya qızımın videosunu yaydılar. Amma hər kəs bilirdi ki, rəqs edən İlqarə deyil. Daha bir şeyi də məni sevənlərin və media nümayəndələrinin diqqətinə çatdırım. Bir qrup tərəfindən üzdən iraq ermənilərlə mənim bir yerdə oxuduğum barədə xəbər çıxaracaqlar. Təxribatdı, təbii ki... Erməniyə güllə atan erməni ilə nə əylənər, nə də bir olar. Bir söz də deyim, Aygün sözünün sinonimi reytinq və gündəmdir. O yalan şayələr çıxaranlara isə sadəcə gülürəm".(big.az)

































































































