Azərbaycanın tanınmış müğənnilərinin bir qismi ötən ildən qalma vergi borclarını ödəyib, bəziləri isə yenidən borclanıb.
Moderator.az xəbər verir ki, Vergilər Nazirliyindən Axar.az-a bildirilən məlumata görə, müğənnilərin vergi borcları aşağıdakı kimidir:
Xalq artisti Aygün Kazımova - 3 manat 80 qəpik (ötən ildən qalıb)
Xalq artisti Brilyant Dadaşova ”“ 11 min 818 manat (bu il yanvarın əvvəlində 21 min 901 manat olub)
Xalq artisti Faiq Ağayev ”“ 397 manat (ötən il borcu olmayıb)
Əməkdar artist Röyalə Nəcəfova ”“ borcu yoxdur (ötən il 3 min 88 manat borcu olub)
Müğənni Xəyyam Nisanov ”“ 4 min 192 manat (ötən il 4 min 300 manat borcu olub)
Zamiq Hüseynov - 451 manat (ötən il 4 min 700 manat borcu olub)
Rəqsanə İsmayılova ”“ 4 min 740 manat (ötən il 4 min 300 manat borcu olub)
Emil Bədəlov ”“ 3 min 899 manat (ötən il 3 min 600 manat borcu olub)
Şeron Qrupu MMC ”“ 316 manat (ötən il 13 min manat borcu olub)
Ayaz Qasımov ”“ borcu yoxdur




































































































