İlhamə ilə Floranın illər öncəki - ŞOK VİDEOSU

Hazırda oxunan: İlhamə ilə Floranın illər öncəki - ŞOK VİDEOSU

123687
Bu gün son mənzilə yola salınan xalq artisti İlhamə Quliyeva ilə uzun illərdir küsülü olduğu həmkarı Flora Kərimova ilə çəkildiyi videogörüntülər yayılıb.
xa0
Sənətkarlar 1995-ci il iyunun 14-də Azərbaycan Televiziyasında efirə gedən verilişdə qonaq olub. xa0
xa0
Tanınmış telejurnalist Sevil Nuriyevanın təqdimatında baş tutan həmin verilişdə iki sənətkarın bir-birinə münasibəti açıq hiss olunub. Məsələn, zinət əşyalarına münasibəti ilə bağlı aparıcının sualına hər biri özünəməxsus cavab verib. İ.Quliyeva F.Kərimovanın sadəliyinə rişxəndlə yanaşıb:
xa0 xa0xa0
“Səndə olan üzüklər heç kimdə yoxdur. Birini tax, çıx. Amma deyirsən ki, onları ölənə qədər taxmayacam. Taxma. Heç taxsan da, sənə yaraşmayacaq. Mən isə buna öyrəşmişəm. Evdə olanda qızıl mənə ağırlıq edir, amma evdən çıxanda mütləq istifadə edirəm. Taxmasam, elə bilirəm nə isə itirmişəm”x9d.
xa0
İlhamə Quliyeva Flora Kərimovanın sənətini yüksək qiymətləndirib:
xa0
“Mən Flora Kərimovanı dinləyib səsini sevmişəm. Elə vaxt olub salamlaşmamışam. Amma onun mahnılarını sevə-sevə dinləmişəm”x9d.
xa0
İ.Quliyeva həmkarına cansağlığı da arzulayıb.(Publika.az)
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin