Ruslardan Cəmalənin “Avrovizion-2016”x9d-da oxuyacağı mahnıya qadağa...

Hazırda oxunan: Ruslardan Cəmalənin “Avrovizion-2016”x9d-da oxuyacağı mahnıya qadağa...

122877
Ruslardan Krım tatarı Cəmalənin “Avrovizion-2016”x9d-da oxuyacağı mahnıya qadağa.

Moderator.az xəbər verir ki, Rusiya “Avrovizon”x9d-nun rəsmi nümayəndəliyinə Ukraynanın 2016-ci ildə bu mahnı müsabiqəsindəki təmsilçisi olacaq Krım tatarı Cəmalənin oxuyacağı mahnının mətni ilə bağlı açıqlama tələb edib.

Bu barədə “Danışıq Moskva”x9d radiosuna məlumat verən “Avrovizion”x9d mahnı müsabiqəsinın rəsmi nümayəndəsi Pol Cordan deyib ki, rusların tələbi ilə mahnı müsabiqəsi başlamazdan öncə Ukrayna təmsilçisi Cəmalənin oxuyacağı mahnının mətni nəzərdən keçiriləcək. “Zərurət yaranacağı təqdirdə mahnının sözlərində dəyişiklik istisna deyil. Bununla bağlı son qərar martın 14-də veriləcək”x9d, - Pol Cordan qeyd edib.xa0

Cəmalə fevralın 21-də Ukraynada “Avrovizon-2016”x9d mahnı müsabiqəsi ilə bağlı keçirilən müsabiqəsinin qalibi olub. Cəmalə “Avrovizon-2016”x9d-da Ukraynanı “1944”x9d kompozisiyası ilə təmsil edəcək. “Avrovizion”x9dun final müsabiqəsi may ayında Stokholmda keçiriləcək.

Ruslar mahnının adından ehtiyatlanaraq mahnı müsabiqəsi təşkilatçılarına həmən müraciət edərək, mahnının mətninin yoxlanmasını tələb ediblər. Çünki Cəmalənin oxuyacağı “1944”x9d mahnısı çox maraqlı bir tarixi ifadə edir. Belə ki, Krım tatarları məhz 1944-cü ildə Kremlin qərarı ilə deportasiya olunublar. Yalnız 1989-cu ildə SSRİ Ali Soveti bu qərarı pisləyərək Krım tatarlarının yenidən öz doğma yurdlarına qayıtmağa razılıq verib və 1944-cü il deportasiya qərarını ləğv edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin