Xatirə İslamın əri: "Yeri gələndə qısqanıram"

Hazırda oxunan: Xatirə İslamın əri: "Yeri gələndə qısqanıram"

122600
Xatirə İslam evinin qapısını "Evdəkilərə salam" verilişinin heyətinin üzünə açıb.

Müğənni oğlu və həyat yoldaşı ilə kamera önünə keçərək, maraqlı açıqlamalar veriblər:

"Xatirəyə yaradıcılığında dəstək göstərirəm. Fərqli xarakterlərimiz olsa belə, ortaq məxrəcə gəlməyi bacarırıq. Bəzi məqamlarda güzəştə gedirəm. Yeri gələndə qısqanıram. Qısqanmayan kişi laqeyd kişidir".

Daha sonra mətbəxə keçən Xatirə İslam aşpazlıq məharətini göstərdi. Qeyd etdi ki, yemək bişirəndə binanı qoruyan mühafizəçilərə belə o təmlardan pay verir. Qonşularından söz salan Xatirə bunları qeyd edib:

"Qonşularım çox istiqanlıdırlar. Oğlum əməliyyatdan çıxıb gələndə, elə qohumlarım var, xəbər almadılar. Amma qonşularım bir-bir soruşdular"./gecce.az/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin