Elza Seyidcahan: “Öz qanları ilə mənim rəsmimi çəkiblər”x9d

Hazırda oxunan: Elza Seyidcahan: “Öz qanları ilə mənim rəsmimi çəkiblər”x9d

122304
Rəssam Elnur Şirinov kofe ilə əməkdar artist Elza Seyidcahanın rəsmini yaradıb.

Kofe ilə olan işini sosial şəbəkədə paylaşan rəssam  yazıb: “Kofe ilə işləmək maraqlıdır. Ümid edirəm ki, Azərbaycanda kofe ilə işləyən ilk rəssam mən oldum. Daha böyük işlər görmək fikrindəyəm. Elza xanım, ümid edirəm ki, bəyənəcəksiz. Yaxınlarda sizinlə görüşüb bu rəsmi sizə verəcəm inşallah. Yəqin ki, rəsmi evinizin ən yaxşı hissəsinə qoyacaqsız. Əl işlərini sevirəm. Orda Elza xanım varsa daha çox sevdim... ”x9d

Kofe ilə çəkilən rəsminə Elza Seyidcahan bu cür münasibət bildirib: “Ona bildirdim ki, əllərindən öpürəm... Və mən xoşbəxtəm ki, onun kimi gənc, istedadlı, gələcəyi parlaq olan rəssam tanrının mənə bəxş etdiyi təbii gözəlliyimdən gözəl əsərlər yaradıb...

Dəfələrlə tanınmış rəssamlar kətan üzərində, yağlı boya, kömür, neft, qum, hətta öz qanları ilə mənim rəsmimi yaradıblar. Bu gəncin kofe ilə olan kompozisiyası da bu işlərə əlavə olundu.
Konsertlərimin birində tanınmış, gözəl gənc rəssamımız Ceyhun mənə yaxınlaşaraq bildirdi ki, mən səhnədə ifa edərkən mənim rəsmimi çəksin, yəni, musiqi sədalarına uyğun bir əsər yaratsın. Əlbəttə ki, razı oldum, çünki yaradıcı insanı başa düşmək lazımdır. Konsertin sonunda rəsmimi mənə hədiyyə etdi”x9d.(Musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin