Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün nikah şahidlərinin müğənni Bülent Ersoy və aparıcı Burcu Esmersoyun olması toyu daha da diqqətdə saxlayıb.
Mərasim zalına girən B.Ersoyun "mən bura şahid olaraq deyil, gəlin kimi gəlmişəm" deyərək hər kəsi güldürüb. Ersoy nikah zamanı "mənim kimi gözəl bir qadın qala-qala, sən bu arıq xanımı almısan, Hasan? Allah səni bildiyi kimi etsin" sözləri ilə növbəti zarafatı edib.

































































































