"Xəyanətə uğrayan qadın ağlayıb, sızlamaqdansa..."

Hazırda oxunan: "Xəyanətə uğrayan qadın ağlayıb, sızlamaqdansa..."

122034
Tanınmış ifaçı Səidə Dadaşova xəyanətdən danışıb. big.az-a açıqlama verən ifaçı hər bir halda qadının ağılla, soyuqqanlılıqla məsələyə yanaşmasının tərəfdarı olduğunu qeyd edib: " O qədər xəyanətlər görmüşəm... Əsas da dostlarımdan. Amma heç vaxt sınmamışam, əyilməmişəm. Ürəyim yumşaqdı, heç kəsə pislik arzulamıram deyə bundan istifadə edənlər çox olub. Amma mən həmişə deyirəm ki, hərənin ürəyi öz qabağna çıxsın. Çox gözəl sözdü. Xəyanətə uğrayan qadın ağlayıb, sızlamaqdansa ayaqda durmağı bacarsın. Məsələn, mən bu məsələdə tamam başqa cürəm. Əgər həyat yoldaşımı kimləsə görsəm, ya telefonda danışsa qısqanmaram. Hər şeyin sonuna kimi öyrənərəm, dəqiqləşdirərəm. Qadın çox ağıllı olmalıdır".xa0

"Bunu demə" adlı mahnısından danışan müğənni bildirib: " Həyatımızda o qədər olur ki, bunu deməyim, onu deməyim deyə düşünürük. Bəzən dostlarımızla sirrimizi bölüşüb, bunu demə deyə bərk-bərk tapşırırıq. Mən isə sadəcə heç nə demək istəmirəm, oxucularınızın bu mahnıda özlərini tapmasını istəyirəm".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin