"Çılpaq bədənə mən ilk dəfə bunu edəcəm" -"Lider" TV-nin aparıcısı
Hazırda oxunan: "Çılpaq bədənə mən ilk dəfə bunu edəcəm" -"Lider" TV-nin aparıcısı
121629
"Lider" kanalında yayımlanan "Tezdən oyan" verilişinin tanınmış aparıcısı Fira maraqlı fotosessiya etdirib. Aparıcı tanınmaz görkəmə düşüb. Fira niyə məhz bu cür fotosessiya etdirməsi barədə big.az-a danışıb: "Məncə pis alınmayıb. Ancaq son söz tamaşaçınındır. Neçə vaxt idi ki, "Face Art" üslubunda fotosessiya etdirmək istəyirdim. Sadəcə olaraq bu layihəni ərsəyə gətirə biləcək peşəkar vizajist axtarışında idim. Mirvari xanıma təşəkkür edirəm".
Aparıcı bildirib ki, yeniliklər bununla bitməyəcək: "Bundan sonra isə "body-art" barədə düşünürəm. İndidən deyirəm ki, məni qabaqlayıb, gedib kimsə "body-art" elətdirməsin. Çılpaq bədənə mən ilk dəfə bunu edəcəm".