Populyar estrada müğənnisi Elçin Cəfərovun subaylıqla vidalaşması medianın gündəmdə saxladığı maraqlı mövzular sırasındadır.xa0
Moderator.az primetime.az-a istinadən xəbər verir ki, tanınmış ziyalılar Sabir və Tənzilə Rüstəmxanlıların qızı Aydanla evlənəcək müğənninin toyu 25 apreldə "Park Meridian" restoranında baş tutacaq. Məclisi xalq artisti Ağadadaş Ağayev idarə edəcək.
































































































