Ailə qurmayan azərbaycanlı məşhurlar -Foto

Hazırda oxunan: Ailə qurmayan azərbaycanlı məşhurlar -Foto

119167

54 yaşlı müğənni hələ də öz ağ atlı şahzadəsini gözləyir.

Onlar göz önündədirlər. İnsanlar tərəfindən sevilirlər. Onlarla ailə qurmaq istəyən minlərlə insan var. Lakin onların əzab-əziyyətli, əsəblə dolu karyeraları kimi şəxsi həyatları da çətindir. Çünki hər kəs onları tanıyır. Hər addımları söz-söhbətə səbəb olur.

Oxu.Az indiyədək heç vaxt evli olmayan azərbaycanlı məşhurların adlarını təqdim edir:

Gözəllik aşiqi olan əməkdar artist Teymur Əmrah hələ də xəyallarındakı gözəl qızın axtarışındadır. 47 yaşlı müğənni indiyədək heç vaxt evli olmayıb.

Aktrisa Nərgiz Mütəllimova da subaylar sırasındadır.

Xalq artisti Aygün Bayramova heç vaxt ailəli olmayıb. Xanəndə hazırda 48 yaşındadır.

32 yaşlı müğənni Aygün Rəhimova da “subaylıq sultanlıqdır”x9d deyənlər sırasındadır. O, həmkarı Sabir Əhmədovla 2014-ci lin yanvar ayının 16-da nişanlanıb. Cütlük qısa müddət sonra - mart ayında ayrılıb. Sabir Əhmədov isə Aygün Rəhimova ilə nişanlanmamışdan öncə Aysel adlı Rusiyada böyüyən xanımla evli olub. 4 ildən sonra cütlük ayrılıb.

Bu il 30 yaşını qeyd edəcək müğənni Azəri Günel Zeynalova da subaydır. O, bir zamanlar məşhur iranlı iş adamı Rza Zərrabla 8 il sevgili olub. Cütlüyün münasibətləri türkiyəli müğənni Ebru Gündeşə görə pozulub. Rza Zərrabla Ebru Gündeş 2010-cu ildə ailə qurub. Onların Alara adlı bir qızı var.

Azəri Günel isə 2011-ci ildə Türkiyə vətəndaşı, iş adamı İnanc Başəyməzlə nişanlanıb. 4 illik münasibətdən sonra cütlük ayrılıb.

Günelin özü kimi tanınmış musiqiçi qardaşı Tunar Rəhmanoğlunun sevgi oxu bir neçə dəfə daşa dəyib. O, Çiçək adı ilə tanınan radioaparıcı Şəhla Vakasla nişanlı olub. Daha sonra cütlük ayrılıb.

Bu ilin oktyabrında 33 yaşını qeyd edəcək teleaparıcı İlkin Həsəni də evli deyil.

34 yaşlı müğənni Natavan Həbibi də indiyədək ailə qurmayıb.

Bir zamanlar gündəmdən düşməyən ifaçı Samir Bağırov 48 yaşındadır və hələ də subaydır.

Müğənni Səidə Sultan 1981-ci il təvəllüdlüdür. O da subay tanınmışlar sırasındadır.

Aktyor Azər Baxşəliyev iyulun 3-də 31 yaşını qeyd edəcək. “Bozbash Pictures”x9din “Ağsaqqal”x9dı hələ ki,  subay “ağsaqqal”x9dlardandır.

“Eurovision-2008”x9d təmsilçimiz Samir Cavadzadə 1980-ci ilin 30 aprelində doğulub. Müğənni subaydır.

54 yaşlı müğənni Şəbnəm Tapdıq hələ də öz ağ atlı şahzadəsini gözləyir.

“Fəlakət”x9d obrazı ilə məşhurlaşan 31 yaşlı aktyor Elşən Orucov da subaylar sırasındadır.

Gənc qızların sevimlisi, aparıcı Samir Bayramlı da subaydır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin