Əməkdar artist Firuzə İbadova ilk dəfə ailəsindən danışıb.
Moderator.az xəbər verir ki, müğənni ATV-də yayımlanan "Qonaq gəl bizə" verişində ailə qurarkən düzgün seçim etmədiyini və buna görə də əzab-əziyyətli günləri olduğunu deyib:
"Ailə həyatım gətirməyib. Yalan deyə bilmərəm. Sənətdə olduğum üçün həyat yoldaşım məni çox incidirdi. Düzgün qurulmayan həyat heç vaxt alınmır. Düzgün seçim etməmişdim. Ömür boyu xətt çəkdim. Allaha şükür övlad sahibəsi oldum. O qədər xanımlar var ki, övladı olmur. Ona görə şükür edirəm ki, Rəbbim övlad nəsib etdi mənə... Bəlkə də mənə dəstək Cavanşir Məmmədov olmasaydı, mən səhnədə qala bilməzdim. Çox sağ olsun. Mən bir dəfə yox deyirəm. Necə əmin idimsə, hə dedim, eləcədə yox dedim. Həyat yoldaşım rəhmətə gedib, Allah onun o dünyasını versin. Dünyasını dəyişməzdən əvvəl balamla görüşdü, övladım bağışladı onu... O da qəddar deyildi. Həyat yoldaşım son nəfəsində məni istədi, amma getmədim. Son nəfəsində mənim adımı çəkib. Amma bir dəfə yox demişdim, getmədim. Çox qürurluyam, məğruram. Amma bir müsəlman kimi peşmanam, getməliydim. Amma getmədim... Övladı hər il onun qəbri üstünə gedir, amma mən getmirəm".


































































































