Seçkilərdən sonra siyasi mesajlar verməyən müğənni xa0Mahsun Kırmızıgül, dünən Tvitterdə Türkiyənin cənub-şərqində PKK-ya qarşı aparılan əməliyyatlara görə, Türkiyə dövlətini ittiham edib.
xa0
Müğənni Türkiyə xa0təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi təmizləmə əməliyyatlarının sonra PKK-nın məhv edilməsi yönündə aparılan işləri "uşaqların və yaşlıların hədəfə alınması" kimi qiymətləndirib.
xa0
Dövlətin keçirdiyi xa0əməliyyatları və baş nazir Əhməd Davudoğlunu hədəf alan Kırmızıgül PKK-a haqqında bir kəlmə də olsun sərt ifadə işlətməməsi ilə diqqət cəkib.
xa0
Verdiyi bəyanatla bölgədəki məscidləri yandıran, özünə dəstək verməyən bölgə xalqını qətl edən, uşaqları və yaşlıları hədəf alan PKK terror təşkilatını pisləməyən xa0Kırmızıgül, Türkiyə dövlətini "qatil" olaraq səciyyələndirəndən sonra, "sülh" çağrışı da edib.
Qeyd edək ki, Türkiyə hökuməti PKK-nın tamamilə məhv edilməsi üçün, ölkənin cənub-şərqində əməliyyatlar aparır. (Avropa.info)



































































































