Aparıcılar Zaur və Günay Baxşəliyevlər arasında "Bu stil mənim" yarışmasında maraqlı anlar yaşanıb.
Moderator.az xəbər verir ki, bir-birini qısqanan cütlük canlı yayımda bunu biruzə veriblər. Münsif kürsüsündə əyləşən Zaur Baxşəliyevə həyat yoldaşı Günay Baxşəliyeva irad tutub: "Ay Zaur, kim gəlir, deyirsən çox gözəl görünürsən, qəşəngsən. Sən münsifsən və xanımların geyiminə qiymət verməlisən, gözəlliyinə yox".
Günayın qısqanclığı hər kəs tərəfindən gülüşlə qarşılanıb. Zaur özü də şoka düşüb.




































































































