“Beyaz Show”x9d yarımçıq kəsildi - PKK təxribatına görə+Video

Hazırda oxunan: “Beyaz Show”x9d yarımçıq kəsildi - PKK təxribatına görə+Video

116341
Kanal D-nin məşhur proqramı “Beyaz Show”x9d dünən yarıda kəsilib. Şoumen Bəyazit Öztürk canlı yayımda qonaqları ilə filmdən danışan zaman studiyada olan izləyicilər “Ayşə müəllimə tək deyil”x9d şüarları səsləndirib.

Canlı yayımlanan proqramda baş verənlərə görə Bəyaz 30-cu dəqiqədə verilişi yarıda kəsmək məcburiyyətində qalıb.

Xatırladaq ki, “Beyaz Show”x9dnun yanvarın 8-də yayımlanan buraxılışında canlı yayıma bağlanan Ayşe Çelik adlı şəxs Diyarbakırdan zəng vurduğunu və müəllimə olduğunu bildirib. Daha sonra həmin qadın efirdə olan şəxsləri ölkənin cənubunda baş verən hadisələrdən xəbərsiz olduğunu üçün qınayıb.

Bəyazit Öztürk açıqlamasında bir anlıq nə baş verdiyini anlamadığı üçün qadının dediklərini təsdiqlədiyini, açıq danışılmadığından həmin an PKK-nın ağlına gəlmədiyini bildirib.

Yanlış anlaşılıdığından izləyicilərdən üzr istəyən Bəyaz adının siyasətdə çəkilməməsini istəyib.

Hadisədən sonra proqrama cavabdeh olan şəxslər, canlı yayıma bağlanan Ayşe Çelik və Beyazit Öztürk istintaqa cəlb olunub.

Ayşe Çelik istintaqa verdiyi ifadədə PKK-nı dəstəkləmədiyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin