Son günlər ölkə telekanallarında bəzi müğənnilərə efir qadağası qoyulması məsələsi gündəmdədir.xa0
Axşam.az-ın məlumatına görə, bəlli olub ki, bəzi tanınmış sənətçilərin müəyyən telekanallara çıxışına icazə verilmir.xa0
Xalq artisti Nazpəri Dostəliyeva bu siyahıda ilk yeri tutur. Müğənni bir müddət öncə mətbuata açıqlamasında da bildirmişdi ki, ANS və "Region" TV-dən başqa heç bir kanalda çıxışına icazə verilmir.
xa0
Xalq artisti Flora Kərimovaya isə "Space" telekanalında efir qadağası var.xa0
Xalq artisti Brilliant Dadaşova "Lider" TV-də qadağa ilə üzləşib.xa0
Əməkdar artist Röya ilə ANS telekanalı arasında ədavət yaşanır. Bu səbəbdən artıq uzun müddətdir ANS-də Röyanı görmək mümkün deyil.xa0
Müğənni Roza Zərgərli ATV-də "qadağan olunmuşlar" siyahısındadır.xa0
Müğənni Ayan Babakişiyevanın da bir neçə telekanala çıxışına icazə verilmir. ATV, "Space" və ANS onun adını "qara siyahı"ya salıb.xa0
Müğənni-bəstəkar Elçin Cəfərovun da ATV-də görünməyi yasaqlanıb.xa0
Müğənni Elnarə Xəlilova da ATV və ANS-də "zapret"də olan sənətçilər siyahısındadır.xa0
Müğənni Natavan Həbibi isə ANS-də "qadağan olunub".xa0
Rəqqasə Oksana Rəsulovanın da ANS-ə çıxışına icazə verilmir.xa0
"Bu şəhərdə" aktyorları Rəfael və Coşqun da ANS-də qadağaya məruz qalıblar.xa0
Müğənni Aslan Hüseynovun isə AzTV-də çıxışına qadağa qoyulub.xa0
Müğənni Nura Suri "Space"də "qadağan olunmuşlar" siyahısındadır.xa0
Sevil və Sevinc bacılarının da ATV-də görünməyinə "qadağa" var. Bu, onların rəqib telekanalda - "Xəzər" TV-də aparıcılıq etməsi ilə bağlıdır.xa0
"Bakılı oğlanlar" komandası da bir müddət öncə açıqlamalarında bütün telekanallarda qadağa ilə üzləşdiklərini bildiriblər.(musavat.com)






























































































