Məşhurlar üsyan etdi - “Söyüşlə təhqir edirlər...”x9d

Hazırda oxunan: Məşhurlar üsyan etdi - “Söyüşlə təhqir edirlər...”x9d

115515
Azərbaycanlı məşhurlar sosial şəbəkələrdə onlara yazılan təhqirlərə münasibət bildiriblər.

Moderator.az xəbər verir ki, “ATV maqazin onlarla”x9d verilişinin sorğusuna cavab verən tanınmış simalar məsələylə bağlı öz etirazlarını bildiriblər.

Müğənni Günay İbrahimli: “Tanınmış simalar sosial şəbəkələrdə yazılan təhqirlərdən əziyyət çəkirlər. Biri var tənqid, biri də var ki söyüşlə təhqir. Söyüşlə təhqir edirlər. Çox istərdim ki, hansısa bir orqan yaradılsın, bu işlə məşğul olsun”x9d.

Aparıcı Afaq Gəncəli: “ Bəsdirin də... İnsana tanımaya-tanımaya nə qədər şər-böhtan atmaq olar. Oturmuşuq evimizdə. Yazmaya başlayırlar ki, filan yerdə oturmusan, restoranda yemək yeyisən. Amma evdə oturub televizora baxıram. Telefonun arxasında şirə dönənlər bilmirlər ki, onları kimsə tapıb cəzalarını verəcəklər”x9d.

Nura Suri: “Tanımadığın insana nifrət bəsləmək paxıllıq əlamətidir. Bir insan bilmədiyini danışırsa bu böhtandır. Bildiyini oturub kimlə müzakirə edirsə bu qeybətdir. Hər ikisi böyük günahlardan biridir”x9d.

Aparıcı İlkin Həsəni: “Qızılgül şəkli paylaşanda belə oradanmənfi şey tapıb rəy bildirəcəklər. Yazacaqlar ki, bunun tikanları da var. Onların düşüncələri dardır, özlərində güvəm olmayan şəxslərdir".

Rəqqasə Fatimə Fətəliyeva: “ Yazırlar ki, nə gündəsən. Hansı gününə sevinirsən? Bunun sponsoru , uşağının atası kimdi? Sizin nəyinizə lazımdı?”x9d

Əməkdar artist Abbas Bağırov: “Mədəniyyətsiz, tərbiyəsi və şəxsiyyəti olmayan insanlardı. Bunların qarşısı alınmalıdır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin