Günay yataq səhnələrindən danışdı: "Tükləriniz biz-biz olacaq"

Hazırda oxunan: Günay yataq səhnələrindən danışdı: "Tükləriniz biz-biz olacaq"

115398
Müğənni Günay İbrahimli "Sadəcə sev" filmindən yayılan fotolardan danışıb. Günay İbrahimli yataqda olan səhnələr zamanı çəkilən fotolarda elə bir şey olmadığını dilə gətirib:

"Sevgililər günü ərəfəsində film təqdim olunacaq. Orada elə bir şey yoxdur əslində. Sadəcə elə görünür. Filmə baxanda ağlayacaqsınız, tükləriniz biz-biz olacaq. Bu filmdən sonra yəqinki 1-2 il filmə çəkilməyəcəm. İstəmirəm özümü tam aktrisalığa yönəldim".xa0

Müğənni "ATV magazin onlarla" verilişində filmdəki rol yoldaşı aktyor Jovdat Şükürovla sevgili olması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:
"Qəti belə bir şey yoxdur. Sarışın oğlanlardan xoşum gəlmir. Sevdiyim oğlan qaraşın və hündürboydur. Dəhşət qısqancdır. Mənim öz karyeram var, məni belə tanıyıb. Hər zaman hər yerdə görünə bilərəm. Ona görə də sevgilim qatlanmalıdır bütün bunlara".

Qeyd edək ki, "Sadəcə sev" filmindən fotolar yayılıb. Moderator.az xəbər verir ki, ifaçı Günay İbrahimlinin yataqda olan səhnələr zamanı çəkilən fotoları sosial şəbəkədə yayıb. Fotolar filmdən olsa belə birmənalı qarşılanmayıb. Filmdə Günayın rol yoldaşı aktyor Jovdat Şükürovdu. Cütlük filmdə sevgilidir.xa0
Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin