Hadisə 365 min manatdan imtinadan danışdı

Hazırda oxunan: Hadisə 365 min manatdan imtinadan danışdı

115292
Türkiyənin məşhur müğənnisi Hadisə Azərbaycandakı konsertini ləğv etməsi xəbərinə münasibət bildirib. 

ANS PRESS-in məlumatına görə, bacısı Dərya Açıkgöz ilə ad günü mərasiminə qatılan müğənni çıxışda jurnalistlərin suallarına cavab verib. 

700 min lirə (365 min AZN) alacağı iddia olunan Azərbaycandakı konsertini ləğv etməsi xəbərinə “Belə bir xəbərdən heç bir məlumatım yoxdur”x9d, - deyə cavab verərək təkzib edib. 

Hadisə şəxsi həyatı barədə də açıqlama edib: “Hazırda həyatımda heç kim yoxdur”x9d.


Hadisə jurnalistlərə müsahibə verən zaman 

Ötən ilin dekabr ayında Hadisə Yeni il bayramı münasibəti ilə Qubadakı beş ulduzlu otellərdən birində səhnəyə çıxmalı idi. O buna 250 min dollar (700 min lirə) qarşılığında razılaşıb. Lakin Azərbaycanın üzən məzənnəyə keçməsindən sonra ifaçının konserti təxirə salındığı bildirilirdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin