Teleaparıcı: “Bir azdan ac övladına çörək almağa pul tapmayan valideyinlər intihar edəcək”x9d.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq, 1,55 manat olub. Dolların 50 %-ə qədər bahalaşması ölkə mediasının və sosial şəbəkələrin gündəmini zəbt edib. xa0İnsanlar etirazlarını və fikirlərini sosial şəbəkələrdə bölüşüblər.xa0
Musavat.com xəbər verir ki, xa0devalvasiyaya sənət adamları da sosial şəbəkə vasitəsilə münasibət bildiriblər.
xa0
Əməkdar artist Abbas Bağırov: “Çox dəhşətli haldır. Bunun axırı nə olacaq?”x9d
Əməkdar artist Bəhram Bağırov dolların bahalaşmasına dair bir neçə status yazıb: “Məni bağışlayın, sizdə 100 manat olmaz?”x9d, “Mən sabun bişirməyəcəm”x9d, “Pencək yoxdur, amma yağımız, çörəyimiz var”x9d.
Müğənni Nura Suri: “10 gün əvvəl yazmışdım ki, dollar qalxacaq: “Marketlər ərzaqların qiymətini 2-3 həftə öncədən qaldırıblar. Əl yeri qoyublar ki, manat düşən kimi yenidən qiymətləri artırsınlar. Bütün müəssisələrdə işçiləri ixtisarla deyil, öz ərizələri ilə işdən çıxarırlar. İşsizlik artır, camaatda pul yoxdur. Bu işlərin axırı necə olacaq?”x9d
Müğənni Elvin Abdullayev: “Batmağa meyilli manat...”x9d
Müğənni Xatun Əliyeva: “Dollar qalxdı. Vay kasıbın halına...”x9d
Rəqqasə Oksana Rəsulova: “Səhər eşitdiyim xəbərə görə, deyəsən hamının əhvalı düşüb. Dollar qalxdı. 100 dollar 156 manat olub. Görəsən, vəziyyət necə olacaq? Vəziyyət gərgindir”x9d.
Müğənni Kərim Abbasov: “Dollar qalxıb 1 manat 55 qəpik oldu. Ay Allah, bu millətin beli qırıldı. Yazıq banka borcu olanlar. Mənim də banka borcum var. Allah hamımızın köməyi olsun .Amin”x9d.
Prodüser Tolik: “Bu da həftənin xəbəri, dollar vurub kələ-çarıxa çıxıb. İndi yazıq banka dollarla borcu olanlar bir də şok keçirəcək”x9d.xa0
Aparıcı xa0İlkin Həsəni: “Bağışla, manat. Səni qoruya bilmədik”x9d.
Müğənni Hacı Nazim: “Ruzunuz bol olsun. Keçmiş olsun, başınız sağ olsun. Allahın ətəyindən bərk yapışın, işin hər şey öz axarına düşəcək. 1 dollar=1.57 manat”x9d.
Aparıcı Arzu Ümid: “Hələki manat intihar edir. Bir azdan ac övladına çörək almağa pul tapmayan valideyinlər intihar edəcək. Neqativi sevmirəm, amma xa0reallıq budur”x9d.
“Bu şəhərdə”x9d komandası isə bahalaşmaya aid foto paylaşıb.
xa0







































































































