Altı ay öncə beyin xərçəngindən dünyasını dəyişən rusiyalı müğənni Janna Friskenin yaxınları onun mirasını bölüşdürmək üstündə düşmən olublar. Bu məqamda isə, başqa bir iddia ortaya atılıb.
“Qafqazinfo”x9dnun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Friskenin atası Vladimirin dostu, 32 yaşlı vəkil Radik Quşin bəyan edib ki, o, müğənninin oğlu Platonun atasıdır.
Q. Quşin məhkəməyə ərizə ilə müraciət edərək 2 yaşlı Platonun atasının 32 yaşlı teleaparıcı Dmitriy Şepelev deyil, özünün olduğunu iddia edib.
Onun sözlərinə görə, Janna ilə onun arasındakı qısa müddətli sevgi romanı sadəcə iki ay -2012-ci ilin iyun ayından avqust ayınadək davam edib: “Avqust ayında mənə hamilə olduğunu dedi, 9 ay sonra isə Amerikada xəstəxanalardan birində uşağı dünyaya gətirdi. Uşağın doğum şəhadətnaməısində ABŞ qanunlarına görə, atası kimi D. Şepelev göstərilib”x9d.
Qeyd edək ki, R. Quşin evlidir və bir oğlu var.
J. Friske 1996-cı ildə “Blestyaşie”x9d qrupuna qoşulduqdan sonra məşhurlaşıb. 2003-cü ildə uğurlu solo- karyerasına başlayan müğənni bir neçə filmdə də çəkilib.




































































































