Məşhur jurnalist Xoşqədəm Hidayətqızı sosial şəbəkədə maraqlı paylaşımla yadda qaldı.
Bu körpənin həsrətində olan nə qədər insan var. Allahım, onları övladla sevindir. Bir az öncə yuxudan qalxıb övlad istəyən valideynlər üçün dua etdim. Xatırlayırsınızsa bir müddət öncə bizim verilişimizə bir cütlük çıxmışdı. İllərdir müalicə olunmaqlarına baxmayaraq övladları olmurdu. Türk doktor o ailəylə görüşüb yardım edəcəyinə söz verdi və aylarla süni mayalanma üçün müalicə olundu. Bir neçə həftə öncə xanıma transfer olunmuşdu. Dünən eşidəndə ki, analizlərin nəticəsi neqativdir, ağladım. Çox istəyirdim övladları olsun, özümə yaxınlarıma arzuladığım kimi. Bəzən övladını atan ataları, anaları görərkən üsyan edirəm. Axı niyə bu cür valideynlərə övlad nəsib edirsən, gözəl Allahım? Bu günkü duam övlad həsrətində olanlar üçündür. Həkimsiz, dərmansız sən onları övladla sevindir, böyük Allahım. Kimsəyə möhtac etmədən.xa0




































































































