“Bozbaş Pikçers”x9d artıq olmayacaq.
Bu sözləri aktyor Azər Baxışəliyev “Bozbaş Pikçers”x9d layihəsinin başa çatacağı ilə bağlı Axar.az-a danışarkən deyib. Aktyor yeni layihələrindən də söz açıb:
“Bəli, “Bozbaş Pikçers”x9d layihəsi sona yetəcək. Yeni serial isə hələ bilinmir necə olacaq. Sadəcə, onu deyə bilərəm ki, “Bozbaş Pikçers”x9d artıq olmayacaq. Yeni çəkəcəyimiz serialda da eyni komanda yer alacaq. Amma serialda özümüz kimi olacağıq. Hələ ki, bu haqda çox danışmağa icazə yoxdur. İnşallah, yaxşı olacaq, hər kəsi gözəl bir serial gözləyir”x9d.
Qeyd edək ki, “Bozbaş Pikçers”x9d son illərdə böyük tamaşaçı kütləsi tərəfindən sevilən verilişlərdən birinə çevrilib.





























































































