Təranə Səmədova: "Yaxşı dostlarla yeyib içmişəm" -VİDEO

Hazırda oxunan: Təranə Səmədova: "Yaxşı dostlarla yeyib içmişəm" -VİDEO

109011

Sükan arxasında sərxoş vəziyyətdə saxlanılan tanınmış prodüserxa0Təranə Səmədovaxa0sosial şəbəkədə içkili olduğunu etiraf edib.xa0

Moderator.azxa0xəbər verir ki, “Facebook”x9d səhifəsində bir nəfər sosial şəbəkə istifadəçisinin “Təranə xanımın fikirləri maraqlıdır mənim üçün. Görəsən, özünə necə haqq qazandıracaq?”x9d sualı prodüseri əsəbiləşdirib.xa0

“Sən mənim nəyimsən ki, mən sənin qarşında özümə haqq qazandırmağa çalışım. Yaxşı dostlarımla oturmuşam, yemişəm-içmişəm, çıxanda gərək ayıq sürücü çağırardım. Çağırmayıb səhv etmişəmsə də, özü yıxılan ağlamaz. Sağ olsun məni tanıyıb mənə hörmət qoyan dostlarım, elə onlar da yoluna qoyulmasında köməklik etdilər. Bundan sənə nə? Səndən üzr istəməliyəm? Ya əvvəldən icazə almalı idim?”x9d,-deyə T.Səmədova yazıb.

Xatırladırıq ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində, Hüseyn Seyidzadə küçəsində “Hyundai”x9d markalı avtomobilə “Saxla!”x9dəmri veriblər.
xa0
Sürücü əmrə tabe olmayıb və qaçmağa cəhd göstərib. Yol polisi avtomobili təxminən 3-4 kilometrdən sonra süni tıxac yaratmaqla saxlaya bilib.
xa0
Məlum olub ki, sürücü, tanınmış prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Avtomobildən düşmək istəməyən Təranə Səmədova növbəti dəfə qaçmağa cəhd edib və bu zaman “Tofaş”x9d markalı başqa bir avtomobili əzib.

Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin