ANS telekanalının efirdən kənarlaşdırılan aparıcısı işdən çıxıb.
Publika.az xəbər verir ki, “Şoubiz”x9d verilişinin aparıcısı Sonaxanım Nuriyeva işdən çıxmasını belə izah edib:
“Bir ildir “Şoubiz”x9d verilişinin aparıcısı idim. İşimi çox sevirdim. Amma məni rəhbərlik efirdən kənarlaşdırıb, “İç xəbər”x9d proqramına müxbir keçirdi. Orada da çalışdım. Rəhbərliyin qərarına qarşı çıxmadım. Bir neçə həftədən sonra anladım ki, “İç xəbər”x9d proqramını izləməyi sevsəm də, orada işləmək istəmirəm. Bu səbəbdən ərizəmi yazıb işdən ayrıldım”x9d.
Hazırda işsiz sayılan Sonaxanım Nuriyeva istirahət etdiyini və qismət olsa, yenidən aparıcı kimi efirə çıxacağını əlavə edib.




























































































