“Elə vaxtlarım olub ki, toyda 10 manata oxumuşam”x9d - Almaz

Hazırda oxunan: “Elə vaxtlarım olub ki, toyda 10 manata oxumuşam”x9d - Almaz

104516
Əməkdar artist Almaz Ələsgərli sosial şəbəkələrdə təhqir yazan istifadəçilərə top atəşinə tutub. Sənətçini özündən çıxaran "Kim olmusan?" sualı olub.

Moderator.az Gecce.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verlişində Almaz xanım onların cavabını verib: "Boş-boş şərhlər yazırlar, fikrlərini acı sözlərlə ifadə edirlər. Belə insanlar xəstədirlər. Səviyyəli biri başqasının xətrinə dəyməz. Elə olur, yazırlar ki, kim olmusan? Mənim elə vaxtlarım olub ki, toyda 10 manata oxumuşam. Sonradan 50 manata, 100 manata toya getmişəm. Bunu gizlətmirəm və utanmıram da. Səmimi olmaq lazımdır. Çünki o zaman özündə rahat olursan. Kim olursansa ol, özünü elə aparmalısan ki, təhqiramiz sözləri qazanmayasan. İnsanlar süni müğənniləri efirdə görəndə əsəbləşirlər. Bəzi müğənnilər efirə çıxıb deyir ki, 12 min manata paltar geyinirəm və ya paltarımın qiyməti 15 min manatdır, ya da ayaqqabım 5 min manatdır. Belə şeylər insanı qıcıqlandırir. Tamaşaçıda o sözləri deyənin keçmişini bildiyi üçün əsəbləşir ki gör əvvəl necə olub, indi çıxıb nə danışır.Özləri bu şəraiti yaradırlar ki, onlara bu sözləri desinlər. Amma hərdən qurunun oduna yaş da yanır. Mən qeyri-səmimiyyətdən uzağam. Nə var, onu deyirəm. Kim olduğumu gizlətmirəm".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin