Son vaxtlar böyük büstün dəbdən düşməsinin səbəbləri müzakirə mövzusudur. Gözəllik standartları kifayət qədər dinamikdir, ekspertlərin sözlərinə görə, növbə təbii formalara çatıb. Ona görə də, məşhurlar silikonlarını əməliyyatla çıxartdırmağa başlayıblar.
Məsələn, bu günlərdə məlum olub ki, "Amerika ailəsi" serialının ulduzu Ariel Uinter süd vəzi əməliyyatı etdirərək sinəsini kiçildib. Arielin sözlərinə görə, böyük sinəsi nəinki ona fiziki diskomfort verirmiş, həm də geyim seçimi məhdudlaşdırırmış.
Bəs nə baş verir? "The Guardian" qəzetinin jurnalisti Elenor Morqanın fikrincə, moda və böyük sinə su ilə yağ kimidir. Güclü silkələnmədə onlar ayrılır, lakin son nəticədə yenə də birləşirlər.
Yəqin ki, böyük sinənin dəbdən düşməsinin ən böyük və mühüm səbəblərindən biri - onun üçün geyim tapmağın çətinliyidir. Məsələn, 2013-ci ildə model Cordan Dann öz "Twitter" hesabında yazmışdı ki, onu "Dior" moda evinin moda nümayişindən böyük sinəsinə görə çıxardıblar.
Elenor Morqanın sözlərinə görə, cəsarətlə demək olar ki, Pamella Anderson büstünün erası keçib. Axı bütün dünya qadınları arasında "Malibu xilasediciləri" serialının nümayişindən dərhal sonra "silikon dalğası" keçdi və dolu, iri sinə uzun müddət dəbdə oldu.xa0
Hollivudun plastik cərrahların sözlərinə görə, indi Cenifer Eniston və Keyt Hadsonun kimi kiçik sinə arzulayırlar.
Adriana Lima, Miranda Kerr, Dautzen Krez kimi supermodellerin sinəsi də gözəllik standartları arasındadır.(gecce.az)
































































































