Xoşqədəm efirə qayıdır - VİDEO

Hazırda oxunan: Xoşqədəm efirə qayıdır - VİDEO

104110
MTRŞ qərar qəbul edib.

Məşhur aparıcı Xoşqədəm Hidayətqızı efirə geri qayıdır. 

Moderator.az xəbər verir ki, aparıcı yeni layihə ilə onu sevənlərin qarşısına gələcək. Xoşqədəm Hidayətqızı yeni verilişi haqqında ANS PRESS-ə məlumat verib.

Məşhur aparıcının yeni verilişi “Deməsək olmaz”x9d adlanır. ANS TV-nin aparıcısı yeni verilişi haqqında məlumat verib: 

“Tamaşaçıları maraqlandıran çox maraqlı mövzular olacaq. Gələn həftədən efirdəyik. Böyük ruh yüksəkliyi ilə hazırlaşırıq. Uşaqlar bütün gün işləyir. Düzdür, bir az dincəldik (gülür), çünki kollektiv bütün yayı “Səni axtarıram”x9d verilişinə görə demək olar ki, fasiləsiz işləyib, hətta istirahətə çıxanda belə çalışıblar. Hər şey yaxşı olacaq”x9d. 

Veriliş həftə içi hər gün saat 16:20-də yayımlanacaq. Aparıcı efirdə maraqlı qonaqları olacağını da qeyd edib. “Diqqət ANS-ə yönələcək, necəki yönəlmişdi”x9d. 

Milli Televiziya və Radio Şurası X.Hidayətqızının “Sən Tək deyilsən!”x9d və “Xoşqədəmlə axtarıram səni”x9d verilişlərinin bir ay müddətində bağlanması haqda qərar verib. MTRŞ onların yerinə ANS TV-də mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımını dair qərar qəbul edib.

Xoşqədəm Hidayətqızı 2005-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə “Tərəqqi”x9d medalı ilə təltif olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin