Roza Zərgərlidən erotik klip - VİDEO

Hazırda oxunan: Roza Zərgərlidən erotik klip - VİDEO

103295
Müğənni Roza Zərgərli “Qəmli nağıl”x9d adlı yeni klipini təqdim edib. Təmtəraqlı formada keçirilən tədbirə jurnalistlərlə yanaşı, bir sıra sənət dostları da qatılıb. Onların sırasında müğənnilər Aysel Əlizadə, Yaşar Yusub, Samirə Allahverdi, İbrahim Borçalı və digərləri də olub.
 
Klipdə müğənninin tərəf-müqabili azərbaycanlı model Rüstəm Cəbrayılovdur. Sevgidən bəhs edən klipdə cütlük müxtəlif səhnələri canlandırıb. Ekran işini yerli şou məkanının erotik klipləri siyahısına daxil etmək olar.
 
Müğənni və model klipdə cəsarət tələb edən yataq səhnələrini canlandırıblar. Daha sonra yağışın altında bir-birlərinə sarmaşıblar.

 
“Klipdəki yataq səhnələrində heç birimiz çılpaq deyilik. Rüstəm cins şalvarda, mən isə gecə paltarındayam. Yağış isə təbii yağış deyil. Həmin effekti əldə edə bilmək üçün 8 ton su istifadə olunub. Tam olaraq 6 saat çəkiliş gedib. Əlimizdə efirə tam yararlı 3 saatlıq fraqmentlər var idi. Bütün bunları 4 dəqiqəyə sığışdırmaq isə çox çətin idi. O qədər uğurlu kadrlarımız var ki, hətta Rüstəm özü olmasa belə, həmin kadrlardan ikinci klipi də çəkə bilərik”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin