“Putinlə tanış olmaq şərəfinə nail olsaydım”¦”x9d - Konçita

Hazırda oxunan: “Putinlə tanış olmaq şərəfinə nail olsaydım”¦”x9d - Konçita

102919
“Avroviziya-2014”x9d mahnı müsabiqəsinin qalibi Konçita Vurstun dünya turnesi davam edir.

Moderator.az axşam.az-a istinadən xəbər verir ki, əsl adı Tomas Noyvit olan ifaçı bu yaxınlarda Ukraynada televiziya şoularından birinə qatılıb. Daha sonra tədbirlərin birində jurnalistlərin suallarını cavablandıran Kkonçita maraqlı açıqlamaları ilə yadda qalıb.

Avstriyalı müğənni Rusiya prezidenti Vladimir Putinlə görüşmək arzusunda olduğunu bildirib:

“Əgər Putinlə tanış olmaq şərəfinə nail olsaydım, mütləq onunla danışmağa mövzu tapılardı. Başa düşmürəm ki, nəyə görə hamı üçün bərabər olmalı olan insan hüquqları bəziləri üçün pozulur. Dərinin rənginin, dinin hansı olmasının elə bir əhəmiyyəti yoxdur. Seksual oriyentasiya milliyyət kimi insan xarakterinin ayırlmaz hissəsidir. Bilirəm ki, Rusiyada homoseksuallar əleyhinə güclü təbliğat aparılır”x9d.

Qeyd edək ki, Konçita daha əvvəlki açıqlamalarının birində Putin haqqında nisbətən yumşaq tonda danışmış və onu ideal kişi hesab etdiyini demişdi.

Xatırladaq ki, bir qədər əvvəl homoseksual müğənni Elton Con da Vladimir Putinlə görüşüb bəzi məsələlərlə bağlı danışıqlar aparmaq istədiyini açıqlamışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin