İlhamə Quliyeva hücuma məruz qaldı

Hazırda oxunan: İlhamə Quliyeva hücuma məruz qaldı

101021
Oktyabrın 15-i, saat 02:00 radələrində xalq artisti İlhamə Quliyeva qalmaqal yaşayıb.

Moderator.az xəbər verir ki, azərfax-ın əməkdaşı təsadüfən hadisənin şahidi olub. 8-ci mikrorayon ərazisində yerləşən Tenis Akademiyasının qarşısında xalq artisti və iki kişinin olduğu “Hyundai Sonata”x9d markalı avtomobillə, içərisində iki xanım olan “Chevrolet”x9d markalı avtomobil üz-üzə gəlib.

İ.Quliyeva avtomobildən düşərək, xanımların ünvanına belə deyib:

“Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?”x9d

Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib. İttiham tərəflərindən biri - “Chvrolet”x9din sərnişini də İlhamə xanımın ona xəsarət yetirmək, bıçaqlatdırmaq istədiyini deyib. Qarşılıqlı ağır ittihamlarla müşahidə olunan mübahisə zamanı hər iki tərəf  “102”x9d polis xidmətinə zəng edib. Məhz bundan sonra tərəflər hadisə yerindən uzaqlaşıblar. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin