Aparıcı ilə ANS telekanalı yollarını ayırmaq qərarına gəldi.
ANS telekanalında ötən gün keçirilən yaradıcılıq iclası daha bir verilişin yayımının dayandırılması ilə nəticələnib.
Moderator.az publika.az-a istinadən xəbər verir ki, Kamran Həsənlinin “Axşam-axşam”x9d verilişi efirdən yığışdırılıb. Əldə etdiyimiz məlumata görə, aparıcı ilə ANS telekanalı yollarını ayırmaq qərarına gəlib.
Xatırladaq ki, Kamran Həsənli son bir il ərzində 3 layihə dəyişib. Əvvəlcə “Günəbaxan”x9d, daha sonra isə “Rövşanə ilə bazar səhəri”x9d verilişində aparıcılıq edib. Yeni mövsümdən o, ANS telekanalında “Axşam-axşam”x9d adlı veriliş aparırdı.































































































