MSK müsavatçı namizədin şikayətini təmin etdi

Hazırda oxunan: MSK müsavatçı namizədin şikayətini təmin etdi

99910
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Müsavat Partiyasının 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədi, sabiq millət vəkili İltizam Əkbərlinin şikayəti təmin edilib və onun namizədliyi qeydə alınıb

Bu haqda “Basta”x9dya MSK-nın iclasında səlahiyyətli nümayəndə kimi iştirak etmiş Gülağa Aslanlı məlumat verib.

Xatırladaq ki, Dairə Seçki Komissiyası İltizam Əkbərlinin lehinə verilən seçici imzalarının 530-u etibarlı hesab edilsə də, onun namizədliyinin qeydə alınmaması barədə qərar çıxarıb. 

DSK öz qərarını namizədin öz mülkiyyəti barədə məlumatı guya düzgün göstərmədiyini iddia etmişdi. Lakin İltizam Əkbərli reyest xidmətindən əldə etdiyi arayışlar əsasında bunun əksini sübut etdikdən sonra MSK müsavatçı namizədin qeydə alınması barədə qərar çıxarıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin