“Ermənistan AŞPA-da istəklərinə nail ola bilmədi” – Səməd Seyidov  

Hazırda oxunan: “Ermənistan AŞPA-da istəklərinə nail ola bilmədi” – Səməd Seyidov  

99858

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirak edən nümayəndə heyəti işini başa çatdırıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Nümayəndə Heyətinin rəhbəri, deputat Səməd Seyidov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Səməd Seyidov qeyd edib ki, ermənilər Avropa Şurasında öz çirkin əməllərini davam etdirməyə çalışıblar:

"Ermənilər çalışdılar ki, son hadisələrlə bağlı sənəd qəbul edilsin, xüsusi nümayəndə ayrılsın, baş verən hadisələri məruzə etsin. Məqsədlərinə nail ola bilmədilər. Mən bütün iqtidar, müxalifət və bitərəf deputatlarımıza səslənirəm ki, ermənilərə heç vaxt yol verməyək.
Azərbaycanın yürütdüyü siyasət güclü olduğuna görə, bütün bunların qarşısında dayana biləcək. Biz isə bu siyasətin ətrafında birləşməliyik".

Deputat əlavə edib ki, erməni diasporu Azərbaycana zərbə vurmaq üçün Ermənistan dövlətçiliyinə, Ermənistanda yaşayan ermənilərə də zərbə vurmağa hazırdır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin