Eçmiədzin kilsəsi – terror yuvası - ARAŞDIRMA - VİDEO

Hazırda oxunan: Eçmiədzin kilsəsi – terror yuvası - ARAŞDIRMA - VİDEO

9984

Ermənilərin “Hnçak”, “Daşnaksütyun” və “Asala” terror təşkilatları barədə bilmədiyimiz minlərcə məlumat var. 

Eçmiədzin kilsəsi başda olmaqla erməni kilsələrinin əksəriyyətinin təşkilatçılığı ilə terror planları hazırlanır, insanlar qətlə yetirilir. “Türksüz Ermənistan" ideyalarını tam gerçəkləşdirən o mənfur millətin nümayəndələri isə bu gün də Türkiyədə və Azərbaycanda rahat yaşamaqdadırlar.

Halbuki onlar heç bir səbəb olmadan son iki əsrdə iki milyondan artıq günahsız türkün və azərbaycanlının qanını töküblər.

Rusiya arxiv sənədlərində də erməni kilsəsinin fitnəkar əməllərinin səbəblərini açıqlayan ciddi araşdırmalar mövcuddur. Həmin sənədlərdə deyilir ki, "Qriqoryan kilsəsində ibadət vaxtı birinci sırada yalnız katolikos, ondan arxada isə qriqoryan xristianları dayanırdılar.

Qalanların hamısı - istər xristianlar, istərsə də başqa dindən olanlar, əgər erməni kilsəsinin çirkin ideyaları ilə əks mövqedə dayanırdılarsa, onların hamısı "kafir və mürtəd" adlandırılıb, lənətlənirdi.

Hətta rus çar xanədanı da Qriqoryan kilsəsinin xalqı türk və müsəlman dünyasına qarşı mübarizəyə çağırışına öz etirazını bildirdiyi üçün 1903-cü ildə ermənilər tərəfindən lənətlənib".

Elə həmin il məşhur Fransız alimi baron de-Bay qətiyyətlə deyirdi: "Eçmiədzin monastırı dini mərkəzdən çox, siyasi ixtişaşlar mərkəzidir".

Bizim.Media xəbər verir ki, ermənilər son 120 ildən artıq bir müddətdə dünyanın müxtəlif ölkələrində "Hnçak" (Zəng), "Daşnaksütyun", "Armenikan", "Asala", "Orli", "9 iyun", "Nemezis" (Cəza) kimi yüzə yaxın terror təşkilatı yaradıblar ki, onların da formalaşması və fəaliyyətləri məhz Eçmiədzin kilsəsinin adı ilə bağlıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Kilsələr və məscidlər: “Allah evləri”nə allahsız münasibət


Bütün terror təşkilatlarının proqram və nizamnamələrinin hazırlanmasında Eçmiədzin kilsəsi yaxından iştirak edir və həmin proqramlara öz imzasını atırdı. 1918-1919-cu illərdə kilsə katalikosunun əmrilə ermənilər Eçmiədzin qəzasında azərbaycanlıların yaşadığı bütün kəndləri yandırıb külə döndərdilər.

Türk-oğuz tayfalarına məxsus qədim tarixi abidələri və qəbiristanlıqları şumlayıb yerlə yeksan etdilər.

Qəzanın uşaqlı-böyüklü bütün azərbaycanlı əhalisini ağır işgəncələrə və soyqırımılarına məruz qoydular. Onlar hətta müsəlman din xadimlərinin əl-ayaqlarını bağlayıb, müqəddəs "Quran"dan və digər dini kitablardan qaladıqları tonqallarda yandırdılar.

Erməni qaniçənlərinin “Nemezis” qruplaşması azərbaycanlı, türk və hətta rus məmurlarına qarşı sui-qəsdlər törədib. Məhz bu plan nəticəsində 1920-ci ilin yayında Azərbaycan Demokratik Respublikasının baş naziri olmuş Fətəli xan Xoyski (Xoylu) və cumhuriyyət parlamentinin sədr müavini Həsən bəy Ağayev erməni terrorçuları tərəfindən öldürülüb.

Keçmiş Ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanıb. 5 ay Daxili İşlər nazirimiz olan Behbud xan Cavanşirinin İstanbulda Misak Tarlakyan tərəfindən öldürüldüyünü də unutmaq olmaz. 

1921-ci ilin martında Berlində Osmanlı imperiyasının baş naziri Tələt Paşa, dekabrın əvvəllərində isə Romada gənc türkçülər hökumətinin ilk Baş naziri olan Səid Həlim Paşa ermənilər tərəfindən qətlə yetirilib. 

1922-ci ilin aprelində Almaniya paytaxtında keçmiş Trabzon valisi Camal Əzmi və bir neçə türk məmuru erməni terrorunun qurbanı olub. Həmin ilin iyulunda Tiflisdə (Tbilisi) Osmanlı imperiyasının Hərbi Dəniz qüvvələrinin sabiq naziri Camal Paşa ermənilər tərəfindən öldürülüb.

Bu hadisələrlə bağlı ən hiddətləndirici məqam Avropanın “ədalət məhkəməsi”nin erməni cinayətlərinə loyal yanaşma sərgiləməsidir.

Bütün hallarda onların cinayət törətdiyi bildirilsə də, erməni terrorçular izahsız bəraətlə (guya affekt vəziyyətdə olduqları üçün) azadlığa buraxılıblar. 

Bunun davamı kimi erməni terrorçular 1973-cü ilin yanvarında Türkiyənin Los-Ancelesdəki Baş konsulu Mehmet Baydar və konsul Bahadır Demiri qətlə yetiriblər. 1975-ci ilin fevralında Livanın paytaxtı Beyrutda Türk Hava yollarının nümayəndəliyinə bomba atılıb və həmin ilin oktyabrında isə Türkiyənin Avstriyadakı səfiri Danış Turangil öldürülüb.

Bu cinayətlərin də arxasında erməni terror təşkilatları dayanırdı. Belə ki, Beyrutdakı terror aktında hadisə yerində qoyulan məktubda bundan sonra Türkiyə, İran və ABŞ-ın hədəf alınacağı xəbərdarlığı yer alıb. 

1982-ci ildə Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kamal Arıkan da ermənilərin “JCAQ-ARA” terror təşkilatı tərəfindən qətlə yetirilib. Ermənilər onun avtomobilinə hücum edərək mərhuma 14 güllə vurublar.

ABŞ-ın o zamankı lideri Ronald Reyqan da cinayəti qınayıb və həmin ermənilərin məhkəmə qarşısına çıxarılmasını tələb edib. 1984-cü ildə ermənilərin “ASALA” terror təşkilatı Türkiyənin İrandakı səfirliyinin katibinin həyat yoldaşı, iş adamı olan İşık Yönderi və Ankaranın Avstriyadakı səfirliyinin attaşesi Ərdoğan Özəni qətlə yetirib. 

Ruslarla bağlı ilk erməni terroru 1866-cı ildə çar II Aleksandra qarşı törədilib. 1887-ci ildə ermənilərin katalikosu Xrimyan da Qafqazın general-qubernatoru knyaz Qriqori Qolıtsinə yaxın məmurlara qarşı sui-qəsd təşkil edib.

Knyazın arabasına da hücum edən daşnaklar onu xəncərlə yaralayıblar. 

Erməni terrorunun II Nikolaya qarşı sui-qəsd cəhdi iflasa uğrasa da, Gümrüdəki provaslav kilsəsinin keşişi Vasılov ermənilərdən qurtula bilməyib. Onların terroruna qarşı mübarizə aparan Yelizavetpolun (Gəncə) vitse-qubernatoru Andreyevi 1904-cü ilin sentyabrında ermənilər sui-qəsd nəticəsində öldürüb. 1905-ci ilin mayında isə, Bakının general-qubernatoru knyaz Mixail Nakaşidzeni qətlə yetiriblər. 

1903-1904-cü illərdə erməni daşnakları İrəvan və Gümrüdə rus polis işçilərini, Sürməli qəzasında isə polkovnik Buqlavskini öldürüblər. 

Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan dəlillərdən birində 1905-ci ilin fevralında İrəvanda mülk müşavir Urazovun ermənilər tərəfindən öldürüldüyü yazılır. 1907-ci ildə Gümrüdə general Maqsud Avarski ermənilər tərəfindən karetasına bomba atılmaqla öldürülüb. 

Sual yaranır ki, görəsən ruslar bu erməniləri niyə çox istəyir?!

Erməni terroru ilə ən çox üzləşən xalq isə azərbaycanlılardır. XX əsrin əvvəllərində onların törətdikləri barədə yuxarıda az da qeyd olunub. Ən azından sui-qəsdlərdən başqa Andronik və Njdenin Zəngəzurda bizə qarşı törətdiyi qətliamları unutmalı deyilik.

Onsuz da bunu yaddan çıxartmaq çətindir, çünki ermənilər terrorları şanlı qəhrəmanlıq kimi əbədiləşdirirlər. Njdeyə İrəvanda ucaltdıqları heykəl azmış kimi birini də Azərbaycanın Xocavənd rayonunda quraşdırıblar.

Onların 1988-1993-cü illər ərzində Qarabağda törətdiyi qətliamları da unutmaq olmaz. Əsas odur ki, Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qazanılan qələbəyə, 44 günlük savaşdan sonra torpaqlarımızın erməni işğalından azad olunmasına sevinir və qanından, canından keçənlərin xatirəsini ehtiramla anır. 

Təqdim etdiyimiz videoda tarixçi, millət vəkili Musa Qasımlının erməni terrorunun detalları barədə fikirləri yer alıb. 

Anar Rəhimov, Bizim.Media 

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin