Rusiyalı deputat azərbaycanlıları təhqir etdi – Şevçenkodan VİDEO FAKT

Hazırda oxunan: Rusiyalı deputat azərbaycanlıları təhqir etdi – Şevçenkodan VİDEO FAKT

9983

Rusiyalı bloger Maksim Şevçenko özünün “Instagram” səhifəsində Sank-Peterburqlu deputatın çıxışı barədə paylaşım edib.

Bizim.Media Şevçenkonun sosial şəbəkə səhifəsinə istinadən xəbər verir ki, “Vahid Rusiya” partiyasının deputatı Vitali Milonov azərbaycanlılara təhqir dolu bəyanatla çıxış edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Maksim Şevçenko: Ruslar heç Rusiyada belə yaşamırlar - VİDEO


Bloger həmin deputatın təmsil olunduğu şəhərin – Peterburqun qubernatoru Aleksandr Beqlovun Bakıda doğuldunu xatırladıb. 

Bildirib ki, Sank-Peterburq şəhəri üçün çox böyük işlər görən azərbaycanlıların güclü icması var. 

''Elə dünən “Bolşoy Teatr”da (Moskva şəhərində) “Manon Lesko” operasını dinləyirdim. Həmin operada Milonovun “vəhşi” dediyi azərbaycanlıların - Elçin Əzizov və Yusif Eyvazovun möhtəşəm ifasından təsirləndim''.

''Davranış və açıqlamaları ilə ölkəni dağıdan siyasətçilərin fəaliyyətinə prinsipial qiymətləndirmə zəifdir. İstərdim ki, Peterburq qubernatoru deputat Milonova bu  bəyanatına görə layiqli cavab versin''.

Qeyd edək ki, rusiyalı deputat çıxışında guya qədim erməni ərazilərinin yenidən vəhşilərin əlinə keçdiyini bildirib.

Tarixi təhrif edən deputat “vəhşi” sözü ilə azərbaycanlıları təhqir edib. 

Həmin videonu təqdim edirik:

Anar Rəhimov, Bizim.Media 

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin