Ombudsmandan erməni vandallığı ilə bağlı ÇAĞIRIŞ 

Hazırda oxunan: Ombudsmandan erməni vandallığı ilə bağlı ÇAĞIRIŞ 

99675

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva azərbaycanlılara məxsus qəbirlərin ermənilər tərəfindən dağıdılmasına münasibət bildirib. 

Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumata görə, sosial şəbəkələrdə Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun illər ərzində azərbaycanlılara qarşı formalaşdırdığı etnik nifrət siyasətinin nəticələrini özündə əks etdirən növbəti video yayılıb: 

“Həmin videodan ermənilər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Xankəndi şəhərində dəfn olunmuş azərbaycanlılara məxsus qəbirüstü abidələrin vandalcasına dağıdıldığı, həmçinin bu əməllərin qəsdən və nifrət zəminində həyata keçirildiyi məlum olur. 
Xatırlatmaq istərdik ki, Ermənistanın işğalı dövründə Füzuli, Zəngilan, Ağdam rayonlarında dağıdılaraq təhqir edilmiş qəbiristanlıqlarla bağlı Azərbaycan Ombudsmanı tərəfindən həyata keçirilmiş faktaraşdırıcı missiyanın nəticəsi olaraq cari ildə hazırlanmış və dünya ictimaiyyətinin diqqətinə çatdırılmış hesabatda azərbaycanlılara məxsus məzar daşlarının kütləvi şəkildə dağıdılması, qəbirlərdən kəllə sümüklərinin çıxarılması və qızıl dişlərin götürülməsi kimi faktlar qeyd olunmuşdu.

Təəssüf ki, 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq bu kimi çoxsaylı müharibə cinayətlərini törətmiş şəxslərə qarşı hər hansı hüquqi məsuliyyət tədbirlərinin görülməməsi bu günə qədər bu kimi insanlığa sığmayan, dini etiqad azadlığının kobud şəkildə pozulmasına səbəb olan, nifrət dolu cinayətkar əməllərin davamlı olaraq törədilməsinə və ictimailəşdirilməsinə şərait yaradıb. 
Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanla bağlı yanlış fikir formalaşdırmağa hesablanmış addımlarının son zamanlar daha geniş vüsət aldığını nəzərə alaraq, beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini bu cür vandalizm hallarına biganə qalmamağa, milli-dini ədavəti qızışdıran təxribatçı əməllərin törədilməsinə rəvac verməklə regionda ədalətli sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaradan, məhz etnik mənsubiyyətinə görə azərbaycanlıları hədəfə alan Ermənistanın nifrət siyasətindən əl çəkməsi üçün təsirli tədbirlər görməyə çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin