Zəngəzur dəhlizi Ermənistanın iradəsindən kənara çıxıb – Fərhad Məmmədovun ŞƏRHİ

Hazırda oxunan: Zəngəzur dəhlizi Ermənistanın iradəsindən kənara çıxıb – Fərhad Məmmədovun ŞƏRHİ

99303

Uzanmaqda olan Ukrayna-Rusiya münaqişəsi dünyanın geosiyasi mənzərəsini yeniləyir. Artıq yeni reallıqlar ortaya çıxır. Bu reallıqlardan biri də Avropa ilə Asiyanı birləşdirən kommunikasiyaların yeni coğrafiyaya köçürülməsidir. Məlumdur, Avropanın Asiyaya və əks istiqamətdəki əsas quru yolları Ukraynadan keçir.
 

MÖVZU İLƏ BAĞLI:

“Sülh müqaviləsi kontekstində Arayikin istədiyi nədir?” – Fərhad Məmmədov


8 ay davam edən müharibə bu kommunikasiya xəttlərini iflic edib. Digər tərəfdən mövcud kommunikasiyalar həm də Rusiyanın ərazisindən keçir. Bu da Qərbin maraqlarını daim pressinq altında saxlayır. Ona görə də həm Qərb, həm də ki, Şərq Azərbaycan üzərindən keçən kommunikasiya xəttlərində maraqlıdırlar. 

Hazırkı durumu Bizim.Media-ya şərh edən politoq Fərhad Məmmədov da bildirib ki, Ukrayna müharibəsindən sonra yaranan yeni geosiyasi şəraitdə yeni kommunikasiya xəttlərinin əhəmiyyəti artıb:

“Əlalxüsus, Çin və Avropa istiqamətində. Hazırda hər iki istiqamətdə quru yolları çox məhduddur. Ona görə də yeni kommunikasiyaların məhz Şərq-Qərb vektorunda açılması həm Avropa, həm də Asiya ölkələri üçün çox cəlbedici görünür.
Ona görə də təsadüfi deyil ki, Zəngəzur dəhlizinə həm Şərqdə, həm də Qərbdə maraq böyükdür. Təbii ki, Azərbaycan da bu layihənin reallaşması üçün həm diplomatik, həm də kommunikasiya üçün böyük səylər göstərir”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin