Prezident Fransanın indiki rəhbərliyindən narazılığını İFADƏ ETDİ 

Hazırda oxunan: Prezident Fransanın indiki rəhbərliyindən narazılığını İFADƏ ETDİ 

99280

“Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Makrondan növbəti SƏRSƏMLƏMƏ – “Azərbaycan Qarabağı işğal edib”

Dövlət başçısı qeyd edib ki, bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır:

“Fransanın indiki rəhbərliyindən fərqli olaraq, mənim Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi. 

Münasibətlər kifayət qədər ölçülüb-biçilmiş və mehriban idi. Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, o, mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. Buna görə də istərdim ki, həmkarlarımı bu vəziyyət barədə məlumatlandırım”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin