Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanla nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Nazirlər üçtərəfli bəyanatların bütün müddəalarına əməl etməyə, onun şərtlərinin Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrup vasitəsilə həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər" - deyə məlumatda qeyd edilib.
Görüşdə həmçinin, Rusiyanın iştirakı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın işi və ölkələr arasında sülh müqaviləsi kontekstində aparılan danışıqlar prosesi müzakirə olunub.
Tərəflər yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:09 / 14.10.2022
Üçtərəfli görüşdə hansı məsələlərin müzakirə olunduğu AÇIQLANDI
Hazırda oxunan: Üçtərəfli görüşdə hansı məsələlərin müzakirə olunduğu AÇIQLANDI
Hazırda oxunan: Üçtərəfli görüşdə hansı məsələlərin müzakirə olunduğu AÇIQLANDI
99231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.