"Televiziya verilişlərinə tanışlıqla çıxılır" - Razi Nurullayev  

Hazırda oxunan: "Televiziya verilişlərinə tanışlıqla çıxılır" - Razi Nurullayev  

99221

"Hər gün sosial şəbəkələrdə xəstə yaxınlarının paylaşdığı şəkilləri, videoları izləyirik. Həyatda qalmaq üçün yardım istəyirlər. Onu da bilirik ki, bu məsələ lotereya kimidir, çoxunda alınmır. Toplanan pullar bəzən fırıldaqçıların əlinə keçir".  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirb.  

Deputat qeyd edib ki, yüzlərlə vətəndaş televiziyalarda gedən verilişlərə çıxmaq üçün millət vəkillərinə müraciət edir:  

"Televiziyalarda yayımlanan populyar verilişlərə çıxmaq da tanışlıqladır. Təklif edirəm ki, ASAN xidmətin, digər bir dövlət qurumunun, yaxud ictimai bir təşkilatın nəzdində elektron ödəmə tətbiqi və internet resursu yaradılsın.  

Belə təcrübəmiz də var. Məsələn, “Yaşat” Fondu. Biz 40 milyona yaxın millətik. Xalqımız da yardımsevərdir. Kömək etmək istəyən çoxdur, lakin “amma”sı var. İnsanlar bilmək istəyir ki, verdikləri vəsait doğurdan da, xəstəyə xərclənir. İnsanlar bilmək istəyir ki, sistem şəffafdır?

Vətəndaşlarımız istəyir ki, asan yollarla, oturduğu yerdə, əlində və evində olan mümkün vasitələrlə pul köçürsün və nəticəsini izləyə bilsin".  

Razi Nurullayev vahid ödəniş sistemi olan və vahid mərkəzdən idarə olunan internet ödəniş sisteminin və tətbqinin yaradılmasını da təklif edib:  

"Bu tətbiq elə hazırlansın ki, hər bir vətəndaş əlində və evində olan vasitələrlə asan şəkildə pul köçürə bilsin. Hər kəs bir manat köçürsə, on milyonlarla vəsait toplanar və yüzlərlə təkrarlanan mürəciətləri həll edə bilərik.  

Biz bu tətbiqlə insanlarda bir manat köçürmək mədəniyyəti və o bir manatın insan həyatını xilas etməsi inamını yarada bilərik. Telefon konturundan, telefon nömrəsində olan pul vəsaitindən istifadə etməklə hər bir kəsin əlçatanlığını təmin etmək olar.  
İnanıram ki, tez bir zamanda bu xidməti yarada bilsək, ölkədə minlərlə xəstəni xaricdə müalicəyə göndərə bilərik. Həm də dövlətin üzərində olan yükü də azaltmış olarıq".  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin