Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistandan olan həmkarları Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla ayrılıqda görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Qeyd edilib ki, Rusiya Prezidenti Vladimir Putinin Ermənistan və Azərbaycan liderləri ilə son telefon danışıqlarının davamı olaraq Lavrovun Zöhrab Mnatsakanyan və Ceyhun Bayramovla Moskvada ayrı-ayrı görüşləri baş tutub.
Xatırladaq ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri oktyabrın 23-də ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşəcəklər.
Bizim.Media