“Azərbaycana Sizin rəsmi səfərinizi və bizim görüşümüzü, danışıqlarımızı, həm ikitərəfli gündəlik, həm də regional problemlər üzrə hərtərəfli fikir mübadiləmizi səmimiyyətlə xatırlayıram. Zənnimcə, Sizin səfərinizdən sonra artıq yaxşı nailiyyətlər, nəticələr var, - biz indi bu barədə danışacağıq, - həm nəqliyyat sahəsində, həm də digər sahələrdə”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Astanada Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayevlə görüşdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Astana Zirvə Toplantısının qəbulunda iştirak edib
“Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür. Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir. Lakin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik.
Bu, bizim ölkələrin və xalqların marağında, uzunmüddətli maraqlarda, qonşuluğumuzdakı ölkələrin maraqlarında olacaq. Yəni, bu mövzunun çox ciddi davamı olacaq.
Digər bütün məsələlər üzrə isə, Siz qeyd etdiyiniz kimi, bizim ölkələr müttəfiqdir, strateji tərəfdaşdır. Bu müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır”, - deyə ölkə başçısı qeyd edib.
Bizim.Media