Fransa Ermənistan-Azərbaycan arasındakı sülh prosesindən KƏNARLAŞDIRILMALIDIR - ETİRAZ

Hazırda oxunan: Fransa Ermənistan-Azərbaycan arasındakı sülh prosesindən KƏNARLAŞDIRILMALIDIR - ETİRAZ

99129

“Fransa sülhyaratma prosesindən təcili kənarlaşdırılmalıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirlərlə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Fransa Prezidentı Emmanuel Makronun Franse 2 kanalının “L’ Evenement” proqramına verdiyi müsahibəyə münasibət bildirərkən çıxış edib.

Onun sözlərinə görə açıqlamada turkəfob Makron birmənalı olaraq Ermənistanı həmişə müdafiə edəcəyini, guya Ermənistanın regionda tolerantlıq, sülh ugrunda mübarizə apardığını Qarabagın mübahisəli ərazi oldugunu, habelə “Daglıq Qarabag”ın Ermənistanın ürəyi oldugu üçun orada “oldugunu “ qeyd edib:
“Daha sonra Makron bir az da irəli gedərək Azərbaycanın bu ərazini “dəhşətli müharibə” apararaq “işgal “etdiyini  deyib.

Həmçinin Azərbaycandan  qaz, neft almadıgı üçün onu “satın almagının “ qeyri mümkünlüyünu deyərək Avropanın enerji təhlukəzliyinin təmin edilməsində böyük səylər göstərən şəxslərin, bir çox Avropa ölkələrinin rəhbərlərinin  və həmkarlarının, Avropa İttifaqının yüksək məmurları Şarl Mişeli, Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenı və digərlərinin  fəaliyətlərini şübhə altına almaga, eləcə də onların “ələ almasına” işarə vurub.

Halbuku ölkəmiz hazırkı mürəkkəb, Ukraynaya qarşı təcavüzkar müharibənin davam etdiyi şəraitdə böyük siyasi, iqtisadi və digər  risklərə gedərək, fədakarlıq göstərərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edir. Makronun bu müsahibəsində səsləndirdiyi bütün fikirləri və verlişin ruhu tam ölkəmizə qarşı olub”.

Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycan cəmiyyəti olaraq biz Makronun və Fransanın, bütövlükdə siyasi istebleşmenti tərəfindən səsləndirilən fikirlərə qarşı adekvat addımlar atmalıyıq:

“Erməni işgalını bitmənalı müdafiə edən,  Ermənistana maddi, hərbi  yardım göstərən, müzdluların göndərilməsində, erməni xüsüsi təyinatlılarının, diversantlarının  hazırlanmasında, kəşfiyyat məlumatları ilə təchiz edilməsində iştirak edən, (ermənilərin son senyabr təxribatında 80 hərbiçimizın həlak olmasında birbaşa iştirakçı olub)  30 il ərzində həmsədlərdən biri kimi tam ermənipərəst fəaliyyəti ilə yadda qalan  və son 2 ildə anit- Azərbaycan siyasəti aparan bir ölkə Ermənistan - Azərbaycan arasında sülhyaratma prosesindən təcili kənarlaşdırılmalıdır.

Azərbaycan XİN təcili olaraq Emmanuel Makronun, habelə Fransa hökümətinin rəsmilərinin açıqlamaları ilə baglı bəyanat verərək, Fransanın vasitəçiliyindən imtina etməlidir.

Əks halda Avtopa İttifaqından Ermənistana gələn missiyanın növbəti anti- Azərbaycan hesabatının şahidi olacagıq ki, bu sülh müqaviləsinin hazırlanması və imzalnmasına əngəllər yaradacaq.  Çünki,  Ermənistan tərəfi növbəti dəfə vəkili kimi çıxış edən Fransaya arxalanaraq sülh müqaviləsinin imzalanmasını  hər vasitə ilə uzatmaga çalışacaq.
Bu isə münaqişənin illərlə davam etməsini arzulayan  və özlərinin siyasi, iqtisadi və geopolitik maraqlarının təmin olunmasını istəyən qüvvələrin Cənubi Qafqaz ugurunda mubrizəsinin daha da güclənməsinə yeni imkanlar yaradacaq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin