“Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını almağa məcbur oldu” - İLHAM ƏLİYEV

Hazırda oxunan: “Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını almağa məcbur oldu” - İLHAM ƏLİYEV

99004

“Qarabağ münaqişəsinin həll olunmasına baxmayaq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Zəngəzur dəhlizinin vacibliyini bütün dünyaya BƏYAN ETDİ 


“Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib”, - Prezident İlham Əliyev vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin